KepezTV Player
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında 1-ci Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. Millət vəkilləri, şəhər icra hakimiyyətinin nümayəndələri, eləcə də idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə baş tutan tədbirdə bir sıra problemlərlə əlaqədar məsələlər dinlənilib, səslənən fikirlər ətrafında müzakirələr aparılıb. Müraciətlər əsasən status, şəhidlik vəsiqələrinin tanınması, kommunal, işsizlik məsələlərini əhatə edib. Səslənən problemlərin bir neçəsinin həlli üçün yerindəcə aidiyyatı qurumlara tapşırıqlar verilib, bəzilərinin isə zamanla həllini tapacağı diqqətə çatdırılıb.
Orxan Cəfərzadə
- Baxış: 216