KepezTV Player
Qazax Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb. Baş Prokurorluğun məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır. TƏBİB-dən bildirilib ki, Vüsal İsmayılovun müalicəsi hazırda Qazax Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
- Baxış: 200