KepezTV Player
21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında keçirilən “İmmunlaşdırma həftəsi” çərçivəsində Samuxda azyaşlılar peyvənlənməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında həyata keçirilən proses vaksinasiyadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların yoluxucu xəstəliklərə qarşı peyvəndlənməsi məqsədi daşıyır. Rayon mərkəzi, eləcə də qəsəbə və kəndlərdə yaşayan sakinlərin qatıldığı vaksinasiyada 150-yə yaxın uşağa qızılca, məxmərək, suçiçəyi və digər infeksion xəstəliklərin qarşısını almaq üçün peyvənd vurulub. Həmçinin tibb müəssisəsində əhaliyə yoluxucu xəstəliklərlə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.
Orxan Cəfərzadə
- Baxış: 358