Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən McAfee şirkəti gamerlərə hədəflənmiş hiyləgər dələduzluq sxemini aşkar edib. Belə ki, hakerlər gamerlərə Cheat Lab adlı pulsuz cheat tətbiqini təklif edirlər. Əslində isə bu tətbiq özündə RedLine adlı troyan (trojan) virusunu gizlədir. Cheat Lab tətbiqinin kompüterə quraşdırılmasından sonra istifadəçinin əsas özəl məlumatları bu tətbiqə yüklənir və nəticədə hakerlərin serverlərinə ötürülür.
Sözügedən zərərli tətbiqin əhatə dairəsini genişləndirmək üçün hakerlər bəyan edirlər ki, öz dostları ilə bu tətbiqdəki cheat-ləri paylaşmış istifadəçilər cheat-lərin tam funksionallığını aktivləşdirə biləcəklər. Tətbiq hətta təsdiq açarının daxil edilməsini təklif edərək istifadəçinin güvənini də qazana bilir. McAfee mütəxəssisləri aşkar ediblər ki, təhlükəsizlik sistemlərindən yan keçmək yolunda hakerlər RedLine adlı troyan virusunu tətbiq daxilindəki cheat kod şəklində yaxşıca maskalayıblar. Mütəxəssislər bu cür tətbiqləri yükləməmişdən öncə onların sertifikatları ilə tanış olmağı məsləhət görürlər.
- Baxış: 520