• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 15.04.2024 19:54

Cənubi Qafqazda sülhün təmininə əngəl

Ermənistan Azərbaycanla problemi danışıqlar yolu ilə nizamlamağa cəhd etmir. Xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi üzrə Azərbaycanın qaldırdığı ilkin etirazlar üzrə keçirilən ictimai dinləmələr zamanı belə deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini 1991-1994-cü illər arasında qanunsuz şəkildə işğal edib və bu da BMT-nin 4 qətnaməsində əks olunub. Nazir müavini bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü öhdəlikləri icra etməyib. Elnur Məmmədov  Ermənistan mövcud mübahisələri həll etmək üçün Azərbaycanla danışıqlara getmədiyini və məhdud səviyyədə aparılan müzakirələrdən boyun qaçırdığını vurğulayaraq Rəsmi Bakının beynəlxalq humanitar hüququn və digər beynəlxalq insan hüquqları normalarının iddia edilən pozuntularını heç bir şəkildə qəbul etmədiyini diqqətə çatdırıb.

Elnur Məmmədov- Xarici işlər nazirinin müavini: "Ermənistandan fərqli olaraq, Azərbaycan öz vətəndaşlarını müvafiq cinayətlərdə mühakimə etməkdən çəkinməyib. İkinci Qarabağ müharibəsi və ondan sonra ələ keçirilən erməni hərbi qulluqçuları və digər məhbusların əksəriyyəti Ermənistana qaytarılıb. Qaytarılmayanlar isə ağır cinayətlərə görə məhkum ediliblər, ya da hazırda hərbi cinayətlər, terrorizm və ya separatizmə görə mühakimə olunurlar".