KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının 1-ci mərhələsi, 5-ci ixtisas qrupu üzrə təhsil müəssislərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçirilib. 16 şəhər və rayonda təşkil edilən imtahan Gəncədə də reallaşıb. Nizami yurdunda 11 binada baş tutan prosesdə ümumilikdə 2523 namizəd qeydiyyatdan keçib. 11 ümumi imtahan və 29 imtahan rəhbəri, eləcə də 219 nəzarətçi müəllim imtahana cəlb edilib. Ümumilikdə 34 mindən çox abituriyentin ərizə verdiyi imtahanda 51 nəfər sağlamlıq imkanı məhdud şagird iştirak edib ki, Gəncədə də bu kateqariyadan olan 1 nəfər biliyini sınayıb.
- Baxış: 191