
Lənkəranda ər-arvad dəm qazından boğulub. Fakt ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub. Onların övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gəldikləri qeyd edilib.
- Baxış: 286