• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 05.04.2024 18:57

İlham Əliyev: "Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir"

KepezTV Player

Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər. Bu sözləri Prezident Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib. Dövlət başçısı Qarabağın işğaldan azad edilməsinin, xüsusilə keçən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının bəzi qüvvələri narahat etdiyinə diqqət çəkib. Azərbaycana olan təzyiqlərin durmadan davam etdiyini, ABŞ, Avropa İttifaqı və Ermənistan görüşünün Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaratdığını diqqətə çatdırıb. Bunun ölkəmizi təcrid etmək məqsədi güddüyünü bildirib. Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin güclü olmasının vacibliyini qeyd edib.