Gəncədə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən tənha yaşayan, aztəminatlı və ehtiyacı olan ailələrə ərzaq sovqatı paylanılıb. Ramazan ayı münasibətilə təşkil edilən aksiya Türkiyənin Gəncədəki Baş Konsulluğuda baş tutub. Bağlamalar müxtəlif ərzaq məhsullarından ibarət olub və gün ərzində müvafiq ünvanlara çatdırılıb. Bu il Agentlik tərəfindən Azərbaycanda 1800 aztəminatlı ailəyə yardım verilib. Bu gün reallaşan aksiyadan isə Gəncə və ətraf rayonlarda yaşayan 500-ə yaxın aztəminatlı ailəyə sovqat paylanılacaq.
Recep Öztop- Türkiyənin Gəncədəki Baş konsulu: “Bayram ərəfəsində bu qardaşlıq hissini, bu insan sevgisini, hamı ilə paylaşma hissini bölüşmək üçün bu gün birlikdəyik. Yaxın illərdə bu kampaniyaları davam etdirərək Türkiyə-Azərbaycan qardaşlığını hisslərimiz və mənəviyyatımızla ən layiqli şəkildə bölüşməyə davam edəcəyik. Bütün azərbaycanlı qardaş və bacılarımızı Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm”.
Pərvin Abbaszadə
- Baxış: 228