• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 04.04.2024 19:45

Aprelin 7-də 55 min 887 şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 7 aprel tarixində 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. DİM-dən xəbər verilib ki, imtahanlar respublika üzrə 25 şəhər və rayonda olacaq. O cümlədən işğaldan azad olunan Füzuli, Laçın və Zəngilanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Ölkə üzrə imtahanda 55 887 şagirdin iştirakı nəzərdə tutulur.