• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1857
— 04.04.2024 19:23

"Ermənistanın mina təhdidi təhlükə olaraq qalır"

"Ermənistanın mina təhdidi bölgədə təhlükə mənbəyidir. Postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngidir. Bununla yanaşı insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır". Bu fikirlər Xarici İşlər Nazirliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatında yer alıb. Bildirilib ki, postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanı olub. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həyatını itirib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunan, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Mina hadisələrinin 55 faizdən çoxu Ermənistanın təqdim etdiyi xəritələrdən kənarda baş verib. Ermənistanın mina təhdidinə münasibətdə sərgilənən davranış bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.