"Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayır". Bunu müqəddəs Ramazan ayı münasibətilə ölkəmizdə akkreditə olunmuş müsəlman ölkələrinin səfirlərinin iştirakı ilə keçirilən iftar tədbirində xarici işlər naziri Ceyhun Bayramov deyib. Otuz ilə yaxın münaqişədən sonra Azərbaycan torpaqlarının işğaldan azad olunmasının ölkəmiz və bölgə üçün əhəmiyyətindən bəhs edən nazir İslam dininə aid abidələrin dağıdılmasına son qoyduğunu da qeyd edib. Şəhidlərin əziz xatirəsi yad edilib.
- Baxış: 108