Xarici işlər naziri Ceyhun Bayramov Konqo xarici işlər naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Təkbətək görüş daha sonra geniş tərkibdə davam edib. COP29-a hazırlıq, habelə regional vəziyyət müzakirə olunub. Nazirlər Konqo Prezidentinin ölkəmizə səfəri zamanı əməkdaşlıq haqqında birgə bəyannamə və digər rəsmi sənədlərin imzalanacağını bildiriblər.
- Baxış: 100