Sumqayıt ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
- Baxış: 256