Qərbi Azərbaycan İcmasında Musa Urudun "Qərbi Azərbaycan İcmasının kitabxanası" silsiləsindən "Zəngəzur. Uzaq keçmişdən günümüzədək" monoqrafiyasının təqdimatı keçirilib. Qədim və orta əsr mənbələri və arxiv materialları əsasında yazılan kitabda Zəngəzurun qədim və zəngin tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı təhlil edilib.
Musa Urud- Şair-publisist: “Bu, mənim Zəngəzurla bağlı 6-cı monoqrafiyamdır və cənab Prezidentin tapşırığı əsasında bu kitab rus dilində yazılmışdır ki, daha geniş oxucu kütləsi üçün biz Zəngəzurun tarixi, orda gedən proseslər, Zəngəzurda, eləcə də Qərbi Azərbaycanda son yüz ildə xalqımıza qarşı törədilən etnik təmizləmə, soyqırımlar öz əksini tapıb. Eyni zamanda onu söyləmək istəyərdim ki, kitabın məhz bu gün təqdimat mərasiminin keçirilməsi Azərbaycanlılara qarşı ermənilərin törətdiyi qəddar soyqırım hadisəsinin növbəti ildönümü ilə bağlıdır”.
- Baxış: 124