• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 28.02.2019 15:15

Qazaxda vergi ödəyiciləri ilə görüş keçirilib

KepezTV Player

Qazaxda "Vergilərin ödənilməsi və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması” mövzusunda müşavirə keçirilib. Vergi Məcəlləsində edilən dəyişikliklərdən söhbət açılıb, yeniliklərin sahibkarlara, iş adamlarına verilən dəstəyin, onların öz fəaliyyətlərini genişləndirmələri üçün yaradılan şəraitin bariz nümunəsi kimi dəyərləndirilib. Nazirlik tərəfindən aparılan islahatların vergi daxilolmalarını təmin etdiyi vurğulanıb. Bu gün nazirlik tərəfindən qarşıya qoyulan əsas məqsəd isə şəffaflığın təmin  edilməsidir.Qazaxda son illər iqtisadi fəallığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan nazirlik əməkdaşları  rayonda vergi ödəyicilərinin  nümunəvi fəaliyyətini təqdirəlayiq hal kimi dəyərləndiriblər.  Sonda Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.