COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi. Azərbaycan göstərdi ki, biz qərarlıyıq, karbohidrogen ehtiyatları ilə yanaşı, həm də yaşıl enerjinin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya töhfə verməyə hazırıq. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Çin telekanalına müsahibəsində deyib. Hikmət Hacıyev Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdə olmasından da danışıb.
Hikmət Hacıyev- Azərbaycan Respublikası Prezidentinin köməkçisi: "Son illər daşımalarda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Avrasiya üçün əhəmiyyəti kəskin şəkildə artıb. Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan çoxsaylı tədbirlər həyata keçirir. Dəniz ticarət limanlarının genişləndirilməsi, istehsal edilən gəmilərin sayının artırılması, dəmir yollarının modernləşdirilməsi istiqamətində görülən işlər, yükdaşımaların həcminin artması ilə Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir".
- Baxış: 106