Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb. Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq.Taksilərin üzərində sarı-qara və ağ-qara damalı zolaq, həmçinin qara hətrflərlə taksi sözü yazılmış taksi fənəri quraşdırılacaq. Əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilib. Taksi avtomobillərində nağdsız ödəniş üçün POS-terminallar quraşdırılacaq. Yeni tələbə görə maşınlarda videokamera olmalıdır. Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
- Baxış: 202