Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr aşkar edilərək götürülüb. Aşkarlanan maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 221