“Volvo” şirkəti avtomobillərində bir neçə yüz metr irəlidə olan yol qəzaları barədə sürücüləri dərhal xəbərdar edən dünyada ilk funksiyanı təqdim edib. Bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb. Şirkətin açıqlamasında sürücülərin yeni funksiya sayəsində qarşıdakı maneələrdən xəbərdar olacağı və ona uyğun avtomobili idarə edəcəkləri vurğulanıb.
“Volvo” hesab edir ki, yeni funksiya sürücülərə digər avtomobillərlə toqquşmadan qaçmağa və qəzalar nəticəsində yaranan tıxaclarda daha az vaxt keçirməyə kömək edəcək. Qəza məlumatı milli yol orqanları və brendin digər “uyğun” modelləri tərəfindən təmin ediləcək. Funksiya Danimarkada sınaqdan keçiriləcək. Sonradan digər ölkələrin avtomobillərində də tətbiq olunacaq.
Qeyd olunur ki, “Volvo” təhlükəsizlik sistemi “Volvo Cars” buludunun məlumatlarından istifadə edir ki, bu da artıq brendin avtomobillərinə bir-biri ilə “qarşılıqlı əlaqə” yaratmağa və yollardakı təhlükələr barədə xəbərdarlıq etməyə imkan verir.
- Baxış: 316