• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 19.03.2024 15:00

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtər rayonlarında olub. Ümumi uzunluğu 65.7 km olan Füzuli-Ağdam avtomobil yolu I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol yatağının, yataq hazır olan hissələrdə isə yol əsasının tikintisi işləri davam etdirilir. Ağdam şəhərinin daxili yollarında isə torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir. Uzunluğu 18 km olan Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən avtomobil yolu, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin uzunluğu 80 km olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yollları da II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulur. Hazırda qeyd edilən avtomobil yolları boyunca genişlənmə və torpaq işləri, həmçinin suötürücü boruların tikintisi aparılır.