• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 05.09.2017 16:28

Şəmkir rayonunda modul tipli məktəb yeni dərs ilindən istifadəyə veriləcək

KepezTV Player

Yeni dərs ilinə hazırlıq çərçivəsində Şəmkir rayonunun ümumtəhsil məktəblərində təmir- bərpa işləri sürətləndirilib. Rayonda fəaliyyət göstərən təhsil ocaqları lazımı inventar və avadanlıqla təchiz edilib. Bir neçə məktəbdə cari təmir işləri aparılıb. Bundan başqa Şəmkirdə ilk dəfə olaraq modul tipli məktəb binasının inşası da reallaşıb. Kəndlərdə quraşdırılan belə təhsil ocaqları yaxın vaxtlarda qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Şəmkir rayonunda ümumilikdə 79 məktəb binası var. Onların böyük əksəriyyəti günün tələblərinə cavab verir. 


Firdovsi Aslanov- Şəmkir Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı: “Rayonun Hacıalılar ümumi orta məktəbi üçün 46, Qaranüy kənd ümumi orta məktəbi üçün isə 96 yerlik modul tipli məktəblər inşa olunub. Sentyabr ayının 15- də istifadəyə veriləcək. Koltəhnəli kənd tam orta Cahangir Rüstəmov və Məhəmməd Füzuli adına şəhər tam orta məktəblərinin dam örtükləri dəyişdirilib, cari təmir işləri aparılıb”.

Natiq Hüseyn