• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 15.03.2024 10:21

Gənc kamança ifaçısı

Bu dəfə sizə Azərbaycanın milli musiqi alətlərindən biri olan kamançanı peşəkar şəkildə ifa edən Ayşən xanımı tanış edəcəm. Əslində, Ayşənin kamança ifa etməsinə başlamasının maraqlı bir hekayəsi var.Gəncimiz bu sənətə necə başlayıb və gələcək xəyalları nədən ibarətdir? Gəlin elə gəncimizin kamança ilə olan hekayəsi necə başlayıb onu öyrənək.

Ayşən Zeynalova- kamança ifaçısı: Kamança ifa etməyə uşaq yaşdan başlamışam. Buna başlamağımın səbəbi bacım olubdur. Bacım orta məktəbdə hazırlıqla bərabər musiqi məktəbinə də gedirdi, evə kamança ilə gəlirdi. Kamançanın səsi çox xoşuma gəlirdi. O vaxt uşaq idim deyə tam ifa edə  bilmirdim. Amma yenə də kamançanın o səsi istər-istəməz xoşuma gəlirdi. Gedirdim bacımın yanında otururdum, qulaq asırdım. Bir də olurdu ki, bacım olmurdu, gedib kamançanı götürüb, ifa edirdim. Kamançada ifa edə bilmirdim. Bacım öyrətdikdən sonra artıq məndə də maraq oyandı. Mən də məktəbə başladım və öyrəndim”.

Ayşən Zeynalova- kamança ifaçısı: Kamança Azərbaycanın milli musiqi alətindən biridir. Eyni zamanda həm Orta, həm də Mərkəzi Asiyada daha geniş yayılıb. Kamança bir çox növə ayrılıb. Məsələn, simlərin quruluşundan, materialından və.s. 2 simli, 3 simli, 4 simli, 5 simli, olanı da var. Bu 5 simli kamança hətta Azərbaycanın tarixşünaslıq muzeyində saxlanılır. Kamança hissələrinə görə baş, qol, çanaq. Hətta çanağın üzünə balıq dərisindən üz çəkilir. Altında da şiş olur. Şişi qoyuruq dizimizin üstünə və ifa etməyə başlayırıq. Kamançanın çox gözəl və həzin səsi var. Üzeyir Hacıbəyli çox gözəl bir söz deyibdir. Deyir, “kamançanın çox gözəl bir səsi var və insan səsinə daha yaxındır”.

Ülvi Cəfərov

 

ƏTRAFLI...