Xocalıda kütləvi məzarlıqda aşkarlanan, kimliyi müəyyən edilmiş şəxslərin qalıqlarının dəfni ilə bağlı məsələlər ailə üzvləri ilə məsləhətləşmədən sonra müəyyən olunacaq. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov bildirib ki, dəfnlər yerli icra orqanlarının təşkilatçılığı ilə baş tutacaq. Qalıqlar dini, milli ənənələrə uyğun olaraq ailələrinə təhvil verilərək dəfn olunacaqlar.
- Baxış: 96