Fövqəladə Hallar Nazirliyinə Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alov söndürülüb. Yanğın nəticəsində təmir sexinin 5 boksunun konstruksiyaları ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış "OPEL ASTRA" markalı minik avtomobili yanıb. 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
- Baxış: 202