
Naxçıvanın Ordubad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Bağırov Mehdi Ramazan oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq Düylün çayının məcrasına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan bir ailənin 3 üzvü - 1965-ci il təvəllüdlü Salmanov Cəlil Salman oğlu, 1966-cı il təvəllüdlü Salmanova Mailə Alı qızı və 1992-ci il təvəllüdlü Salmanov Toğrul Cəlil oğlu xəsarət alıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 210