Ekoloji mühitin qorunması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Kömür istehsal edən 2 rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
- Baxış: 173