KepezTV Player
Bakı şəhərində Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. İki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, əməkdaşlığın, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin Azərbaycan və Türkiyə arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
- Baxış: 111