• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 08.03.2024 16:11

Gəncədə şəhidin xatirəsi əbədiləşdirilib

Gəncədə Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid Həsən Həsənovun xatirəsi əbədiləşdirilib. Ad günündə onun adına bulaq kompleksi istifadəyə verilib. Bu kimi bulaq komplekslərinin istifadəyə verilməsinin işğaldan azad edilmiş torpaqlarımızı vətən edənlərə göstərilən dərin hörmət və ehtiramın bir nümunəsi olduğundan söz açılıb. İştirakçılar Azərbaycanın bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin unudulmadığını, onların xalqın qəlbində daim yaşayacağını vurğulayıblar. Sonda "İmamzadə" Kompleksində şəhidlərin xatirəsinə yaradılan parkın açılışı baş tutub. Şəhid Həsən Həsənov Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olub.

Pərvin Abbaszadə