“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04" ilə baş tutan oyunun nəticəsinə əsasən Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb. Ağdam klubunun heç-heçə etməsi ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib. Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallar 20,125-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.
- Baxış: 182