• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 782
— 07.03.2024 15:37

Mühəndis bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir

KepezTV Player

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi plana uyğun olaraq, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Keçirilən məşğələlər zamanı istehkamçılar silahlanmada olan müasir mühəndis avadanlıqlarından istifadə etməklə nəqliyyat vasitəsinə yerləşdirilmiş partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Məşğələlərin əsas məqsədi peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vəziyyətinin daha da artırılmasıdır.