KepezTV Player
Gəncə şəhərində 11 yataqxana binası qəzalı vəziyyətdədir. Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır. Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə 1525 mənzili olan 18 yataqxana binasından 768 mənzili olan 11 yataqxana binasına baxış keçirilib. Onların texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə müvafiq aktlar tərtib edilərək siyahıya daxil edilib.
- Baxış: 131