Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səyləri sülh prosesinə təhdiddir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian Ciddəddəki görüşündə bildirib. Nazirlər, həmçinin Azərbaycanın Səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra, səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
- Baxış: 99