KepezTV Player
İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalıda da qeyd olunub. Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə bayram sevinci ilə yanaşı fərəhlə dolu duyğular bəxş edib
Azad şəhərdə Od çərşənbəsi qeyd edilib
Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xankəndidə də qeyd olunub. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Kadrlarda tonqalın ətrafına toplaşaraq sevinclə bayramı qeyd edən, “Yaşa Azərbaycan” mahnısı ilə əl-qol açıb oynayan Xankəndi sakinlərini görmək mümkündür.
- Baxış: 109