KepezTV Player
Bakıda Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib. Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
- Baxış: 126