KepezTV Player
Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri ilə bağlı 104 cinayət işinin ibtidai istintaqı davam etdirilib. Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərini törətmiş ümumilikdə 295 şəxsin cinayətlər törətməs sübuta yetirildiyindən, barələrində həbs qətimkan tədbiri seçilib, həmçinin İnterpola axtarışa verilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların axtarışı prosesi də ötən il intensiv xarakter alıb. 2024-cü il yanvar 1-dək ən azı 531 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.
- Baxış: 115