• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1007
— 04.03.2024 19:51

Qobuda azyaşlıya sahibsiz it hücum edərək xəsarət yetirib

Sosial şəbəkələrdə Qobu qəsəbəsində sahibsiz itin azyaşlıya xəsarət yetirməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə Qaradağ rayonu ərazisində yaşayış kompleksinin yaxınlığında qeydə alınıb. Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək onu dişləyib. Uşaq xəstəxanaya yerləşdirilib. TƏBİB-in məlumatına görə uşaqda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Azyaşlının qohumu: “Uşaqda salamat bir yer yoxdur, pis gündədir. Uşaqlar yığışıb, gedib oynayıblar. İt düşüb uşaqların üstünə. Uşaqlar qaçıb, bu qaça bilməyib, qalıb. Məhlədən qışqırığa bir kişi gedib, kömək edib. Sonra təcili yardım çağırıb, göndəriblər”.

Fuad Məmmədov- həkim: “Gərəkli müdaxilə olunduqdan sonra əməliyyatxanaya çıxarıldı. Yara yerləri cərahiyyə olaraq işləndikdən sonra reanimasiyaya yerləşdirildi. Hazırda süni nəfəs aparatına bağlıdır. Xəstənin baş bölgəsində cırılmış yara var. Çiyin bölgəsində böyük bir yara var. Sol budunun yan tərəfində böyük bir yara var”.

Azad Mustafayev