5 mart - Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar Gəncə Olimpiya İdman Kompleksində Gəncə uşaq evinin sakinləri ilə idman yarışı keçirilib. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlar komanda şəklində xüsusi maneələrdən keçmə, basketbol, voleybol kimi idman oyunlarında öz qüvvələrini sınayıb. Sonda yarışın qalib komandaları təşəkkürnamələrlə təltifləndirilib.
Rəşad Əlizadə- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin sektor müdiri: “Gördüyünüz bugünkü tədbirdə xüsusi qayğıya ehtiyacı olan yeniyetmələr üçün müxtəlif oyunlar təşkil olundu və bu əyləncəli oyunlarda uşaqlar komanda şəkillərində öz qüvvələrini sınayırlar. Yarış nəticəsində iştirakçılar bizim idarə tərəfindən təltif olundular”.
Pərvin Abbaszadə
- Baxış: 160