Çində evlilik günü astroloqla məsləhətləşdikdən sonra qərarlaşdırılır və toy günü onun uyğun hesab etdiyi vaxta salınır. Əgər astroloqlar uyğun vaxt təyin edə bilməsələr, evlilik təxirə düşür. Toydan qabaq isə, bəy yataq hazırlayır və yatağın üzərinə müxtəlif meyvələr səpir. Balaca uşaqları da yatağa oturdub meyvələrlə oynamalarına icazə verirlər. Yatağa oturdulmuş uşaqların sayı nə qədər çox olarsa, ailənin uşaqlarının sayının o qədər çox olacağına inanılır. Toy günü isə gəlin, adətən qırmızı rəngli geyim geyinir.
Belə maraqlı adətlərdən biri də, Finlandiyadadır. Burada toy mərasimində gəlin başına qızıl tac taxır və daha sonra subay qızlar arasından birini seçib, tacını ona verir. Bu da növbəti dəfə həmin qızın evlənəcəyinə işarədir. Bizdə də buna bənzər, gəlinin gül atma adəti var. Yaxud da ayaqqabının altına ad yazma kimi.
Elektrik kəşf edilməzdən əvvəl işıq saçan ilk işartılar mesopotamiyalılara məxsusdur. XX əsrin 30-cu illərində Bağdad yaxınlığındakı "Bağdad batareyası" adlandırılan arxeoloji ərazidə sirli bir əsər tapılıb. Bu tapıntı boynundan paslanmış dəmir çubuq keçən, 13 santimetrlik bir saxsı qab olub. Qabın içərisində mis silindr, silindrin içərisində isə dəmir mil var. Alimlər tapıntının quruluşuna əsaslanaraq bunun 1 volt elektrik cərəyanı yarada biləcək qədim bir akkumulyatoru olduğunu irəli sürüblər. Versiyalardan birinə görə isə, belə bir batareya qızılın sinklənməsi prosesində istifadə edilir. Bu cür batareyaların istehsal texnologiyasının niyə itirildiyi və başqa bölgələrdə belə bir şey tapılmadığı da sual doğurur.
ABŞ-da bir qadının qeyri-adi hobbisi sayəsində qəribə hadisə baş verib. 39 yaşlı Erin Şeffild zibil qutusunda axtarış işilə məşğul olur. O özünə lazım olacaq, sonradan sata və ya saxlaya biləcəyi müxtəlif əşyaları axtarıb, yığır. O, 35 yaşlı Deyvlə ilk dəfə 2009-cu ildə Nyu-Yorkun Buffalo şəhərində, onun kimi zibil toplayanda tanış olub. Erin və Deyv həmin vaxtdan sonra birlikdə zibilliklərdə əşyalar axtarmağa başlayıblar. Onlar dərsliklər, bahalı kalkulyatorlar, ofis ləvazimatları, təmizlik ləvazimatları tapıb onlayn satışla məşğul olublar. Bir neçə ay birlikdə işlədikdən sonra cütlük olublar. Erin və Deyvin bir qız övladı da dünyaya gəlib. Cütlük hələ də zibillər arasında əşyalar axtarır, tapdıqlarının bir hissəsini evə gətirir və ya bir-birinə verirlər. Deyv “Yubileyimiz üçün zibil qutusunda qızılgül tapdım. Onlar gözəl idilər, hətta köhnə deyildilər", deyib. Cütlüyün sözlərinə görə, atılan əşyaların satışından ildə təxminən 20 min dollar qazanırlar. Gələcəkdə onlar zibilliklərdən tapdıqları əşyaları satmaqla öz şirkətlərini açmağı planlaşdırırlar.
Lalə Sadıqova
- Baxış: 2516