Musiqiçilərin 2/3 hissəsi süni zəka texnologiyalarının sürətlə inkişaf etmələrindən narahatdır. Onlar qorxurlar ki, bu texnologiya gələcəkdə onların musiqi vasitəsilə gəlir əldə etmələri imkanını aradan qaldıracaq. Fransa Müəlliflər, Bəstəkarlar və Musiqi Naşirləri Cəmiyyəti (Sacem) ilə onun Almaniyadakı analoqu olan GEMA-nın bu mövzuda aparmış olduqları sorğuda musiqi sənayesinin 15 000 nəfər təmsilçisi iştirak edib.
Sorğuda iştirak etmişlərin 71%-i gələcəkdə süni zəka səbəbilə gəlir əldə etmək imkanından məhrum ola biləcəklərindən qorxur. Aparılmış tədqiqata əsasən musiqiçilərin gəlirləri 2028-ci ilə qədər 27% aşağı düşə bilər. Bu isə ümumilikdə 2.9 milyard dollara bərabərdir. Bununla belə sorğuda iştirak etmişlərin 35%-i yeni musiqilərin yaradılması prosesi çərçivəsində artıq süni zəka texnologiyasından istifadə edir. Sorğu iştirakçılarının 95%-i isə süni zəka texnologiyalarının tərtibatçılarından şəffaflığın daha yaxşı şəkildə təmin olunmasını istəyib.
- Baxış: 423