Gəncədə, Nizami Bələdiyyəsinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şuşa, sən azadsan!” və “Hadrut, sən azadsan!” sənədli filmləri nümayiş olunub. Şəhər İcra Hakimiyyəti və Baku Media Centerin dəstəyi ilə reallaşan təqdimatda müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın ən diqqətçəkən və qürur dolu nüansları təqdim edilib. "Şuşa, sən azadsan!” filmində bu əməliyyatın iştirakçıları olan şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilən eksklüziv kadrlar film vasitəsilə gənclərə təqdim olunub. “Hadrut, sən azadsan!” filmində isə 2020-ci il Vətən müharibəsinin parlaq səhifələrindən biri – Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasından bəhs edilir. Günümüzün gənclərinə zəfər salnaməsinin ən qürurverici anları bir daha xatırladılıb, onlara zəfər dövrünün gəncləri olduqları aşılanıb. Hər iki filmin baş prodüsseri Arzu Əliyevadır.
- Baxış: 165