KepezTV Player
Tükiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin xatirəsini Haçadağın zirvəsində anıblar. Yürüş Culfa rayonu Gal kəndindən start götürüb və iştirakçılar zirvəyə qədər olan 9 kilomet məsafə qət ediblər. Yürüşə qardaş ölkənin İstanbul, Antalya, Qars, Ağrı, Elazığ, İğdır bölgələrindən gələn aralarında peşəkar, həvəskar alpinistlər olmaqla 40 nəfər, eləcə də 10 nəfər yerli ekstrimsevər qatılıb. İştirakçılar tərəfindən 2 415 metr yüksəklikdə Xocalı faciəsi qurbanları, 44 günlük Vətən Müharibəsinin şəhidləri yad edilib, hər iki ölkənin Dövlət himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqırımına aid şüarlar səsləndirilib. Yürüş başa çatdıqdan sonra alpinistlərə təşəkkürnamə təqdim olunub.
- Baxış: 166