KepezTV Player
Avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Brincilikdə Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparıb. Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstəricidir. Yarışlarda fərqlənən ilk üç yerin qalibləri diplom və medallarla mükafatlandırılıb. Həmçinin, qaliblər mayda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığma komandanın heyətinə cəlb ediləcək.
- Baxış: 238