• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1543
— 23.02.2024 19:47

Fransanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?

KepezTV Player

 Ermənistan və Fransanın müdafiə nazirləri İrəvanda hərbi əməkdaşlıqla bağlı sənədlər paketi imzalayıblar. Fransız nazirin sözlərinə görə, Fransa Ermənistanı hava hücumundan müdafiə raketləri ilə təmin edə bilər. Fransa mətbuatı nazirin özü ilə bəzi silahlar gətirdiyini də yazır.

Fransanın müdafiə naziri Sebastian Lekornu: Fransa artıq gecəgörmə cihazlarını təhvil verib, həmçinin "Bastion" zirehli texnikasının göndərilməsi istiqamətində də hazırlıq gedir. Bütün bu vasitələrin müdafiə əhəmiyyəti var, onlar sərhədləri və əhalini qorumaq üçün göndərilir.

Amma Ermənistana tədarük edilən texnikalar fransız nazirin dediyi kimi müdafiə yox, məhz hücum silahı hesab olunur. Açıq və nümayişkaranə surətdə silahlanma isə birmənalı olaraq deeskalasiyaya kömək etmir. Amma bəzi erməni mütəxəssislər iddia edir ki, Fransa Ermənistana silah vermir, silah vermək imitasiyasını yaradır. Çünki verilən silahlar Ermənistan silahlı qüvvələri üçün effektiv deyil. Əsas arqumentlərdən biri də budur ki, Ukranya, Fransa istehsalı olan həmin silahlardan imtina edib. Çünki verilən texnikaların avtomatik silah atəşindən qoruduğu deyilsə də, ağır pulemyotdan istifadə edilərsə, o faydasız ola bilər.

Hərbi ekspert Azər Bayramov: Məhz o Grand masterlərin-GM 200 Ermənistana tədarükü, əsasən də, Azərbaycan arsenalında olan bir çox PUA-lar var ki, onların aşkarlanmasına hesablanmış addım kimi məhz Ermənistana verilməsi nəzərdə tutulur. Elə hesab edirəm ki, bunun heç bir effekti olmayacaq.

Ermənistan Fransadan birinin satış qiyməti 14,5 milyon dollar olan 3 GM-200 radar sistemi, SEZAR artilleriya sistemi, 24 “Bastion” çoxməqsədli zirehli texnikası, “Mistral” Hava Hücumundan Müdafiə sistemi tədarük edib. Siyahı bununla bitmir. Sadalanan artilleriya sistemləri, top və s. texnikalar mətbuata məlum olanlardır. Ermənistanın 2020-2025-ci illər ərzində aldığı və alacağı silahlara, həmçinin hərbi texnikaya sərf edəcəyi ümumi vəsaitin ən azı 2 milyard dolları keçəcəyi proqnozlaşdırılır.