• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 23.02.2024 16:56

Gənclərlə "Xocalı soyqırımı" mövzusunda görüş

KepezTV Player

Gəncədə gənclər "Xocalı soyqırımının" 32-ci ildönümü münasibətilə "Qisası Alınan Xocalı" adlı tədbirdə bir araya gəlib. Çıxışlarda insanlıq əleyhinə törədilən hadisənin dəhşətlərindən söz açılıb, faciənin qan yaddaşımıza çevrildiyi vurğulanıb. Lakin Vətən Müharibəsi və ötən il reallaşan antiterror tədbirləri nəticəsində bütün şəhidlər kimi Xocalı qurbanlarının da qisasının alındığı vurğulanıb. İndi əsarətdən qurtulan bütün ərazilər kimi Xocalıda da yenidənqurma işlərinin aparıldığına diqqət çəkilib. Tədbirdə "Tarixin İzi ilə" adlı qısametrajlı film də izlənilib.

Rəşad Əlizadə- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin sektor müdiri: “Məqsədimiz "Xocalı soyqırımı" həqiqətlərini gənclərə çatdırmaqdır və onlar arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanmasıdır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir. Bu gənclər siyasətində də əsas prioritetlərdən biri də gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasıdır. Bizim şəhərin gəncləri də belə tədbirlərə mütəmadi olaraq cəlb olunurlar və böyük məmnuniyyətlə iştirak edirlər”.

Xalidə Nəbiyeva- gənc: “Azərbaycan 44 günlük böyük bir müharibədən çıxdı və bu müharibə zəfərlə sona çatdı. Ancaq bizə bu tədbirdə deyildi ki, biz qan yaddaşımızı və keçmişimizi unutmamalıyıq. Əgər bu gün Azərbaycan xalqı ayaq üstə dik durursa, bunu, məhz keçmişə bağlayırıq”.

Ceyhun İsmayılov- gənc: “Biz bu gün Xocalını azad edərək, onun soyqırımını artıq azadlığa qovuşmuş halda qeyd edirik və bizim üstümüzə düşən əsas vəzifə tarixi unutmamaq, unutdurmamaqdır. Bugünkü tədbirin də əsas məqsədi də "Xocalı soyqırımının" qurbanlarının, həmyerlilərimizin, Azərbaycan vətəndaşlarının ruhunu şad etmək, bunu gələcək nəsillərə ötürmək oldu”.

Ramin Paşayev