• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 23.02.2024 16:50

Azərbaycan XİN-dən Paşinyana cavab

KepezTV Player

Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. "Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir. Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması kimi iddialar beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq.", - deyə nazirlikdən vurğulanıb.