• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 22.02.2024 10:51

İstedadlı vokalist

Hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqi irsi də başlıca olaraq vokal, instrumental musiqidən ibarətdir. Azərbaycanda da milli vokal sənətinin elmi-praktiki inkişafı vokal məktəbinin banisi Bülbülün adı ilə başlamış və hələ də inkişaf edərək davam edir. Bağda eşidilən ifaları sayəsində uşaqlıqdan musiqi ilə yaxından tanış olan və  illərdir ki, incəsənətlə məşğul olan gəncimizlə tanış olaq.

İsmayıl Hüseynov- vokalist: "İlk ixtisasım xanəndəlik olub, daha sonra səsimdə keçid dövrü oldu. Ancaq müəllimlərimin məni dəstəkləməsi ilə daha da inkişaf etdim və vokal ifaçılığı istiqamətində fəaliyyətə başladım. Uşaq vaxtı səsim zil idi, ancaq daha sonra qalınlaşdı. Hal-hazırda səsim baritonlaşıb”.

Şahmatda olduğu kimi, musiqidə də əsas güc vəzirə (melodiyaya) məxsusdur, amma hər şeyi şah (harmoniya) həll edir. Sizcə bu doğrudurmu?

İsmayıl Hüseynov- vokalist: "Bir çox bəstəkarlarımızın əsərlərinə baxaraq daha da həvəsləndim. Gənc olaraq bu sənəti seçənlərə tövsiyəm odur ki, sənəti sevərək başlayın".

Bu gün də daha bir istedadlı gəncimizlə tanış olaraq, uğurun sirrini bacarıqla bərabər, iradəli olaraq da istedadın kölgədə qalmadığını öyrəndik.

Ürfanə Əzimova