• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 23.02.2024 09:43

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının ilk gününə yekun vurulub

KepezTV Player

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası öz işinə başlayıb. Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, 10-a yaxın ölkənin spikeri, bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri iştirak edirlər. Çıxışlarda region ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafı, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin vacibliyi bildirilib. Regionda və dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizmə qarşı mübarizədə birgə səylərin göstərilməsinin əhəmiyyəti qeyd olunub. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasına sədrliyinin Türkiyədən Azərbaycana təhvil verildiyini vurğulayıb. Sessiyanın sonunda Bakı Bəyannaməsinin, Assambleyanın 14-cü plenar iclasının yekun hesabatının qəbulu nəzərdə tutulub.