KepezTV Player
2023-cü ilin sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra xüsusi xidmət orqanları tərəfindən saxlanılan erməni separatçılarının rəhbərləri ilə bağlı istintaq davam edir. Baş prokuror Kamran Əliyev deyib ki, həmin mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib. Hazırda prokurorluqda son ittihamlar üzərində işlənilir. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Kamran Əliyev diqqətə çatdırıb ki, yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək. Baş prokurorun sözlərinə görə, 1987-ci ildən törədilən bütün cinayətlər təhlil edilir, öyrənilir. Onlar hamısı sənədləşdirilib.
- Baxış: 167