Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Yarışın sonuncu günündə Nurəddin Novruzov, Turan Bayramov, Arseni Cioyev və Georgi Meşvildişvili fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Ümumilikdə yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb. Daha öncə Maqomedxan Maqomedov gümüş, İslam Bazarqanov və Əli Rəhimzadə də bürünc medal qazanıblar. 1 gümüş və 6 bürünc medalla millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3-cüsü olub. Türkiyə birinci, Gürcüstan isə ikinci yeri tutub.
- Baxış: 147